• Ça. Noy 26th, 2024

İrlandiyalı siyasətçi: “Azərbaycan qanuni ərazisini bərpa edib, bu onun hüququdur”

ByYenigun.news

Okt 2, 2023


“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, əvvəllər işğal olunmuş torpaqlarını geri alıb”.

“Irish Independent”in məlumatına görə, bunu Parlament Sədrlərinin Avropa Konfransında Dublinə səfəri zamanı Azərbaycan parlamentinin nümayəndə heyətini müşayiət edən keçmiş senator Terri Leyden deyib.

“Onlar öz qanuni ərazilərini geri aldılar, bu onların hüququdur. Şərqi Doneqal britaniyalılar və ya müstəmləkəçilər tərəfindən işğal olunsaydı, biz nə edərdik?” – deyə o bildirib.

Qeyd edək ki, Şərqi Doneqal İrlandiyanın Doneqal qraflığında Britaniyanın parlament seçki dairəsi idi.

Parlamentin aşağı palatasının sədri Şon O’Faril deputatlardan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini səmimi qarşılamağı xahiş edib.

O, ölkələrin ərazi bütövlüyünə və istənilən mübahisənin sülh yolu ilə həllinə tamamilə sadiq olduğunu qeyd edib.

“Biz ərazi bütövlüyünə hörmət edirik, insan hüquqlarının qorunmasına və təşviqinə tamamilə sadiqik. Mənim istəyim bu vəziyyətin sülh yolu ilə həllini tapmaq idi”, – deyə O`Farill bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir