• Ç. Okt 30th, 2024

İsa Həbibbəyli AMEA-dakı islahatlardan DANIŞDI

ByYenigun.news

Dek 12, 2022

“Azərbaycan Milli Elmlər Akademiyasında həm struktur, həm elmi tədqiqatların dövlət quruculuğu proseslərinə daha da yaxınlaşdırılması istiqamətində islahatlar aparılır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda Milli Elmlər Akademiyasında elmi-tədqiqat işlərinin yekun hesabat prosesi keçirilir:

“Akademiyaya daxil olan institutların elmi şuralarına geniş ictimaiyyətin, Akademiyanın digər bölmələrinin, tanınmış alimlərin iştirakı təmin olunub. Bu da hesabatda öz əksini tapıb. Bundan başqa, bölmə iclasları nəzərdə tutulur ki, orada ilin ən mühüm elmi nəticələri müəyyən olunacaq. Çalışırıq ki, həmin elmi nəticələr cəmiyyət həyatının ən müxtəlif sahələrinə töhfə verə biləcək elmi nailiyyətlərdən biri olsun. Əsas məqsədimiz bundan ibarətdir ki, Milli Elmlər Akademiyasının bütün fəaliyyəti Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olsun, bununla da elm, ölkəmizin inkişafına öz dəstəyini göstərsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir