“Bu gün Qarabağ Dirçəliş Fondunun qonağı olduq və həmkarım Rəhman müəllim ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik”.
Bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) (QİRİAOƏ ) xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyevlə görüşdən sonra yazıb.
“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!”, – Emin Hüseynov əlavə edib.
Bu gün #QarabağDirçəlişFondu/nun qonağı olduq və həmkarım Rəhman m. ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik. pic.twitter.com/5hrl46gzGC
— Emin Huseynov (@Emin_H_official) June 12, 2022
Görüşdən sonra #QDF tərəfndən QİRİAOƏ-də Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk! https://t.co/KVrlNE9Qda pic.twitter.com/I4Oim8KP9A
— Emin Huseynov (@Emin_H_official) June 12, 2022