• Ç. İyl 23rd, 2025

İskəndər Matraimov: “Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı”

ByYenigun.news

Fev 8, 2024


Qırğızıstan parlamentinin heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az-ın məlumatına görə, heyətin rəhbəri İskəndər Matraimov bildirib ki, Qırğızıstan parlamentinin, həm də MDB Beynəlxalq Assambleyasının müşahidəçisi kimi seçkidə iştirak edib:

“Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı. Bu seçkinin digərlərindən fərqi odur ki, bütün Azərbaycan ərazisində keçirildi”.

O qeyd edib ki, tənha yaşayan və seçki məntəqəsinə gedə bilməyənlər üçün könüllülər tərəfindən səyyar xidmətlər də göstərilib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir