• Ça. Noy 26th, 2024

İslam İnkişaf Bankı Şuşada həyata keçirilən layihələrə maraq göstərir – FOTO

ByYenigun.news

Fev 27, 2023

“İslam İnkişaf Bankı Şuşada həyata keçirilən layihələrə maraq göstərir, investisiya sahəsində əməkdaşlığın həyata keçirilməsini mümkün sayır”.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, bunu İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Şuşaya səfəri zamanı bildirib.

O, Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Bununla yanaşı Şuşaya səfərindən məmnunluğunu ifadə edən Məhəmməd Süleyman Əl-Casir görülən işləri yüksək qiymətləndirib.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən cari işlər barədə Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyətinə məlumat verib. Qonaqlar üçün həmçinin, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, həyata keçirilən infrastruktur layihələri, sahibkarlar üçün tətbiq olunan güzəştlər barədə İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən təqdimatlar edilib.

Şuşaya səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Şuşa şəhər meydanı, Xan qızı bulağı, Yuxarı Gövhər ağa Məscidi, Şuşa Qala divarları, Cıdır Düzü ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir