• Bz. Noy 24th, 2024

İsmət Səttarov: “Mediada qeyri-obyektivliyə qarşı mübarizə aparmaq lazımdır”

ByYenigun.news

İyl 22, 2022

“Mediada qeyri-obyektivliyə qarşı mübarizə aparmaq lazımdır”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunda deyib.

“Bu gün biz mediada ayrı-seçkilik, obyektivlik prinsiplərinin pozulması kimi çoxlu nümunələr görürük. Azərbaycan qlobal arenada 44 günlük müharibə zamanı həqiqətin çatdırılması prosesinə təsir göstərmək cəhdləri ilə üzləşib”, – İ.Səttarov bildirib.

O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qalib ordusu Şuşa şəhərini işğaldan azad edib və ölkəmizin mədəniyyət paytaxtında keçirilən bugünkü forum bu baxımdan çox mühümdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir