“Azərbaycanla tərəfdaşlığımız uzunmüddətlidir”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında yazıb.
O, Azərbaycanla İsrail arasındakı münasibətlərin uzun müddət davam edəcəyini bildirib.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant dünən, iyulun 14-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Minister of Defense @yoavgallant ran 10km today on the Baku boulevard.
Our partnership is for the long run 🇮🇱🇦🇿 https://t.co/gbnwUb9cYh— George Deek (@GeorgeDeek) July 14, 2023