• Şb. Noy 30th, 2024

İsraildəki hadisələrdə həlak olan və ya yaralanan Azərbaycan vətəndaşları barədə AÇIQLAMA

ByYenigun.news

Okt 8, 2023


İsraildəki hadisələrdə həlak olan və ya yaralanan Azərbaycan vətəndaşları haqqında məlumat yoxdur.

Bu barədə ölkənin İsraildə səfirliyi bildirib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir