“İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışırlar. İranda olan xaos artıq 6 aydır ki, davam edir”.
“Report”un xəbərinə görə, bunu İsrailin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
“Biz görürük ki, İranda qadınlar məktəblərdə zəhərlənirlər. Oradakı qadınlar azadlıq istəyirlər”, – deyə İsrailin kəşfiyyat naziri qeyd edib.