İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfərə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında məlumat yayıb.
Məlumata görə, nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.
Bundan əlavə, səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.
Welcome to Azerbaijan, Minister of Defense @yoavgallant 🇮🇱🇦🇿 pic.twitter.com/jajdy8drxy
— George Deek (@GeorgeDeek) July 12, 2023