• Be. Noy 25th, 2024

İsveçli politoloq: “Azərbaycanın neytrallığı ən ağlabatan siyasi mövqedir”

ByYenigun.news

Apr 28, 2022

“Başa düşmək lazımdır ki, istər Finlandiyada, istərsə də İsveçdə NATO-ya üzv olmaq məsələsində fikir ayrılığı var. Lakin “instrumental qorxu” adlanan hazırkı vəziyyətdə NATO-ya üzv olmaq üçün ictimai dəstək artır. Müharibə bitəndən sonra isə bu dəstək dayanacaq. Həm Helsinki, həm də Stokholm yüksək ictimai dəstəkdən yararlanıb NATO-ya üzv olmağa cəhd edə bilərlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında isveçli analitik, professor, İsveçin Uppsala Universitetinin Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun tədqiqatçısı Qreq Saymons deyib.

Professor vurğulayıb ki, indi Şimali Atlantika Alyansında iştirakın əleyhdarlarının səsləri hazırkı geosiyasi emosiyalara görə bir qədər azalıb.

“Təbii ki, NATO-ya üzvlük Finlandiya və İsveçin beynəlxalq münasibətlərin subyekti deyil, obyektinə çevrilməsi ilə nəticələnəcək. Lakin siyasi səviyyədə Helsinki və Stokholm liberal Avro-Atlantik institusional strukturlara daha da inteqrasiya etməyə və ənənəvi müstəqil mövqelərindən əl çəkməyə hazırlaşır”, – Qreq Saymons düşünür.

Ekspert Azərbaycanın neytrallığını, Qoşulmama Hərəkatına rəhbərliyini isə belə qiymətləndirib:

“Neytrallıq, Qoşulmama Hərəkatında iştirak, şübhəsiz ki, hazırkı qeyri-sabit beynəlxalq vəziyyətdə ən ağlabatan siyasi mövqedir. İndi qlobal geosiyasi oyunların obyektinə çevrilmək üçün çox təhlükəli zamandır”, – deyə Qreq Saymons fikrini tamamlayıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir