• Ça. Noy 26th, 2024

Jan-Viktor Kastor: “Fransanın müstəmləkəçilik siyasəti haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik”

ByYenigun.news

İyl 5, 2023


“Fransanın müstəmləkəçilik siyasətinin nəticələri haqqında həqiqətləri dünyaya çatdırmaq üçün Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı kimi tədbirlərdə fəal iştirak edirik”.

Bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər toplantısında iştirak edən Fransa Milli Assambleyasının deputatı (Fransız Qvianası) Jan-Viktor Kastor deyib.

O qeyd edib ki, Fransa uzun illərdir Fransa Qvianasının bütün təbii sərvətlərini istismar edir:

“Biz Fransa ilə mübarizə aparırıq və bu günə qədər uğur qazana bilməmişik. Biz dünya ictimaiyyətinə müraciət etməyə çalışdıq. Fransa bizi tanımalıdır. 1946-cı ilə qədər biz ayrıca koloniya idik. Hətta Fransanın özü də bizi müstəmləkə kimi qəbul edirdi. 1946-cı ildən sonra Fransız Qvianası Fransanın dənizaşırı departamenti elan edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir