“Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub”.
Bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş barədə deyib.
“Hazırkı geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq hər zaman olduğundan daha vacibdir”, – J.Borrel bildirib.
Crucial efforts and progress made between #Armenia and #Azerbaijan to work towards lasting peace and a stable and secure South Caucasus.
In the current geopolitical context it is more important than ever to find ways to engage and to diplomatically solve conflicts. https://t.co/uFqNFc1uJ5
— Josep Borrell Fontelles (@JosepBorrellF) April 7, 2022