Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb.
“Report” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak edirlər.
Qeyd edilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.
Bu müddət ərzində rayonun enerji təminatının təmin edilməsi istiqamətində bir sıra işlər görülüb, su elektrik stansiyaları və kiçik su elektrik stansiyaları istifadəyə verilib, Kəlbəcər şəhərində təməli qoyulmuş ilk yaşayış məhəlləsinin, orta məktəbin, İşğal və Zəfər muzeylərinin layihələndirmə işləri, İstisu qəsəbəsində mehmanxana kompleksinin və su istehsalı zavodunun tikintisi sürətlə davam etdirilməkdədir.