• Ca. Okt 31st, 2024

Kərəm Karabulut: “Ermənistan Azərbaycana bir trilyon dollar təzminat ödəməlidir”

ByYenigun.news

Dek 8, 2022

“Ermənistan Azərbaycana bir trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.

“Report” xəbər verir ki, bunu Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

“Azərbaycan Qafqazda mədəniyyətin beşiyidir. Şuşa türk mədəniyyətinin mərkəzidir, türk dünyası üçün çox önəmli şəhərdir. Şuşadakı və ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıların iqtisadi aspektini də unutmaq olmaz:

“Ermənistan bu ərazilərdə yerləşən infrastruktur obyektlərinə, mədəni abidələrə vurduğu zərərə görə cavab verməlidir”, – o bildirib.

K.Karabulutun hesablamalarına görə, Ermənistan Azərbaycana bir trilyon dollar məbləğində təzminat ödəməlidir.

Atatürk Universitetinin müəllimi Ağdamda gördüyü dağıntılardan sonra hətta bu məbləğin yetərli olmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir