• Ça. Avq 26th, 2025

Kaliforniya məhkəməsi dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş erməniyə hökm oxuyub – FOTO

ByYenigun.news

May 11, 2023


ABŞ-nin Kaliforniya Ali Məhkəməsində 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında bildirib.

O, bu qərarı alqışladıqlarını vurğulayıb.

“Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”, – Ayxan Hacızadə bildirib.