• C. Noy 1st, 2024

Kamal Makili-Əliyev: “İsveç və Finlandiya NATO-ya daxil olacaq”

ByYenigun.news

Yan 26, 2023

“Bu gün də olmasa, sabah, sabah da olmasa, növbəti gün, amma İsveç və Finlandiya NATO-ya daxil olacaq”.

İsveç (və müəyyən dərəcədə də Finlandiya) və Türkiyə arasında davam edən gərginliklə bağlı Oxu.Az-a hüquq elmləri doktoru, dosent, Göteborq Universitetinin (İsveç) baş müəllimi Kamal Makili-Əliyev şərh verib.

O, mövcud vəziyyət fonunda İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesinin nə vaxt başa çatacağı və ümumiyyətlə, bunun mümkünlüyü ilə bağlı fikirlərini bildirib.

“Mən bu suala fəlsəfi yanaşıram. Bu gün də olmasa, sabah, sabah da olmasa, növbəti gün, amma İsveç və Finlandiya NATO-ya daxil olacaq. Hər iki ölkə Şimali Atlantika Alyansının kriteriyalarına tam olaraq uyğundur. Bu ölkələr alyansın tamhüquqlu üzvü olana qədər sadəcə blokun digər üzvləri ilə münasibətlərini nizamlamaları qalır. Düzgünü də budur, çünki NATO-da birlik olmalıdır. NATO-ya daxil olduqdan sonra qalan problemli məsələləri həll etməyə dəyməz, alyans daxilində çəkişmələrə ehtiyac yoxdur. Və nə vaxtsa indi mövcud olan bütün bu problemli mövzulara son qoyulacaq. Ölkələr müəyyən güzəştlərə gedə bilər, İsveç və Finlandiya isə Türkiyənin tələblərinə uyğun olaraq siyasi sistemlərini “sıxacaq”. Bu prosesin nə vaxt başa çatacağını isə hazırda heç kim deyə bilməz”, – deyə Kamal Makili-Əliyev qeyd edib.

“Problem ondadır ki, hazırda İsveç və Finlandiyanın tez bir zamanda hansı addımlar ata biləcəkləri barədə dəqiq fikir söyləmək mümkün deyil. Bu olduqca ləng siyasi prosesdir və bu dövlətlər üçün ənənəvidir. Lakin hər bir halda irəliyə doğru addımlar atılacaq. Stokholm və Helsinki öz ənənəvi bitərəf mövqelərini dəyişməyə nail olublarsa, o zaman proses müəyyən müddətə dondurulsa belə, artıq NATO-ya üzv olmaqdan imtina etməyəcəklər”, – deyə elmlər doktoru əlavə edib.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir