• C. Noy 29th, 2024

Kamelçuk: “Ukrayna Moldovaya rusiyalı işğalçılardan xilas olmağa yardım edə bilər”

ByYenigun.news

Mar 14, 2023

Ukrayna Moldovaya rusiyalı işğalçılardan xilas olmağa yardım edə bilər.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuriy Kamelçuk bildirib.

O vurğulayıb ki, Rusiya Moldova ərazisinin bir hissəsini işğal edib, tanınmamış “Dnestryanı Respublikası” yalnız onu rusiyalı hərbçilərin qoruduğu üçün mövcuddur:

“Bu, Moldovanın daxili məsələsidir. Təbii ki, Ukrayna Moldovanın suverenliyinə hörmət edir. Odur ki, rəsmi Kiyev bu məsələyə müdaxilə etmək fikrində deyil. Amma Rusiya bu münaqişənin miqyasını genişləndirmək istəsə və ya qondarma respublikanın ərazisindən Ukraynaya qarşı addımlar atmağa cəhd göstərsə, yaxud Moldova hakimiyyəti rəsmi Kiyevə müraciət edərsə, Moldovaya rusiyalı işğalçılardan xilas olmağa yardım göstərə bilərik”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir