• Be. Noy 25th, 2024

Kamran Əliyev: “Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması davam etdirilir”

ByYenigun.news

Noy 5, 2022

Prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlərə görə təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri, həmçinin işğal nəticəsində ölkəmizə vurulan maddi ziyanın hesablanması istiqamətində müvafiq işlər davam etdirilir.

“Report”un xəbərinə görə, bunu baş prokuror Kamran Əliyev Zəfər Günü münasibətilə noyabrın 5-də Baş Prokurorluqda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlarda hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi məqsədilə yüksək şərait yaradılıb, növbətçilik əsasında fəaliyyət göstərilməsi üçün ayrılmış inzibati binalarda müasir maddi-texniki təchizat təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir