• Ç. Okt 30th, 2024

Kanadadakı diasporumuz beynəlxalq ictimaiyyətdən ədalətli mövqe tələb edir

ByYenigun.news

Yan 27, 2023

Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Kanada ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bəyanatda bu ölkədə yaşayan Azərbaycan əsilli kanadalıların səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq keçirdikləri vurğulanıb.

Qeyd edilib ki, icmamız qanlı olayın arxasında İranın xüsusi xidmət orqanlarının dayandığına şübhə etmir.

Diaspor təşkilatı yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir