• C. Noy 29th, 2024

Keniyalı ekofəallar: “Ermənistan Azərbaycanın və digər qonşu ölkələrin təbiətinə ziyan vurur” – VİDEO

ByYenigun.news

Yan 31, 2024


“Keniya vətəndaş cəmiyyəti Ermənistanın Azərbaycanın və digər qonşu ölkələrin ətraf mühitinə vurduğu ziyandan narahatlığını ifadə edir”.

“Report” xəbər verir ki, bunu Keniyanın “Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru Peter Oviti deyib.

Onun sözlərinə görə, BMT bu məsələyə müdaxilə etməlidir: “Ermənistan, həmçinin dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı protokollara əməl etməli, eləcə də bütün regiona mənfi təsir göstərən hər hansı müşahidə edilən pozuntuların qarşısını almalıdır”.

“Əminik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına hazırlıq zamanı beynəlxalq ictimaiyyətə çağırış və müraciətimiz də nəzərə alınacaq”, – o bildirib.

Keniyada fəaliyyət göstərən ətraf mühitin mühafizəsi üzrə QHT-nin – “Consortium of Grassroots”un prezidenti Eliud Emeri də öz növbəsində, həmçinin Ermənistanın Cənubi Qafqazın ekosisteminə zərərli təsirini qınayıb və bu ölkənin hakimiyyət orqanlarını beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinin icrası çərçivəsində ətraf mühitin mühafizəsi ilə bağlı qətnamələrə əməl etməyə çağırıb: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tezliklə Cənubi Qafqaz regionunda, yəni Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan regionun ətraf mühitinə zərər vuran addımlardan çəkinməlidir”.

“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri Kristina Yakama da Azərbaycan vətəndaş cəmiyyətinin Ermənistan tərəfindən transsərhəd çayların çirklənməsi ilə bağlı dərin narahatlığını da bölüşür.

Onun sözlərinə görə, Ermənistanın qeyri-qanuni mineral ehtiyatların çıxarılması Qafqaz dağlarının faunasına da ziyan vurur: “Dağlarda vəhşi təbiət təhlükə altındadır və tamamilə yox ola bilər. Həmçinin rayon sakinləri müxtəlif xəstəliklərlə üzləşirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir