• Şb. Noy 30th, 2024

“Korsika dilinin qadağan olunması Fransanın riyakarlığının göstəricisidir” – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 14, 2023


“Azərbaycana qazdığı “quyu”ya bu gün Fransa özü düşür. Çünki artıq Korsika müstəqillik tələb edir. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərini yenidən qəzəbləndirib. Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni separatçılarını qarışdırmaq olmaz. Onlar arasında çox ciddi fərqlər var. Bildiyimiz kimi, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən köçürülmüş gəlmələrdir. Korsikalılar isə bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər – yunanlar, romalılar və s. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə bu ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib. Lakin Korsika Respublikasının müstəqilliyi uzun sürməyib. Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Həmin gündən korsikalılar yenidən öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Onların haqlı mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıları bütün hüquqlarından məhrum edib. Korsikalılar nə öz dillərində danışmaq hüququna, nə də pasportlarında milliyyətlərini  yazdırmaq hüququna malikdirlər. Onların pasportlarında milliyəti “fransız” yazılır”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov qeyd edib ki, Fransanın regionlarından biri olan Korsikada tam informasiya blokadası şəraitində Fransa hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilir. Rəsmi Paris Fransa ərazisində separatizmə qarşı sərt reaksiya verir. Ancaq Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir, onu gücləndirməyə çalışır. Hətta erməni separatçı-terrorçularına “status” verilməsində israr edir. Fransa hökuməti Korsikadakı bu repressiya siyasətinə son qoymalıdır.

Deputat bildirib ki, adada korsika dilinin qadağan olunması Fransanın özbaşınalığının, saymazlığının göstəricisidir. Fransanın bu hərəkəti təkcə korsikalılara deyil, beynəlxalq hüquqa hörmətsizlikdir. Birləşmiş Millətlər Təşkilatı (BMT) artıq məsələyə öz münasibətini bildirib.

“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”, – deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tvitter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib.

Böyük narazılıqlara səbəb olan sözügedən qərar Fransasının iç üzünün açılmasında və ifşa olunmasında rol oynadı.

K.Bayramov diqqətə çatdırıb ki, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Rəsmi Paris korsikalılara qarşı etdiyi dözümsüzlüyü dünyanın başqa yerlərindəki separatçılara qarşı göstərmək istəmir. Əksinə, ikili standart nümayiş etdirərək, məsələn Qarabağdakı separatçılara dəstək verir, Ermənistanın təcavüzkar siyasətinə arxa durur. Korsikalıların hüquqlarını heçə sayan ölkə məsələ ermənilərə gəldikdə böyük canfəşanlıq göstərir. Makronun riyakar siyasəti, beynəlxalq hüquq normalarına zidd hərəkətləri onun Fransa vətəndaşları arasında da nüfuzunu aşağı salıb. Sadə vətəndaşları tərəfindən şillələnən, pomidor və yumurta atəşinə tutulan Makronun naşı bir siyasətçi olması göz qabağındadır.

Qeyd edək ki, Fransa hökuməti bu dəfə Korsika dilinin qadağan edilməsi ilə əlaqədar qərar çıxarılmasına nail olub. Fransanın bu addımı böyük etirazlara səbəb yaradıb. Fransaya məxsus olan adanın məhkəməsinin qərarında Fransa konstitusiyasına istinad edilərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir.

Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir