• C. Noy 29th, 2024

Korsika Millət Partiyasının sədri:“Məhkəmənin dili qadağan etmək barədə qərarı ədalətsizlik və rüsvayçılıqdır”

ByYenigun.news

Mar 13, 2023

“Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən istifadəyə qadağa qoyulması ədalətsizlik və rüsvayçılıqdır”.

Bu barədə Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini bildirib.

Onun sözlərinə görə, Bastia Şəhər Məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı korsikalılar üçün təhqirdir.

Adanın İcra Şurasının prezidenti, hüquqşünas və siyasətçi Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis bu vəziyyətlə barışmağın ağlasığmaz olduğunu deyiblər. Onlar bu qərardan apellyasiya şikayəti verdiklərini bildiriblər.

Seçilmiş millətçi deputatlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin zəruri olduğunu söyləyiblər.

Xatırladaq ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılması ilə bağlı prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.

Mənbə: LeMatin.ch

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir