• Ç. Dek 24th, 2025

Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”

Byadmin

Okt 11, 2023


“Qarabağda Rusiya sülhməramlıları ilə bağlı danışıqlar aparılmır, çünki bura Azərbaycan ərazisidir”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır”, – o deyib.

Kremlin sözçüsü bildirib ki, ona görə də Rusiya sülhməramlı kontingentinin mövcudluğu ilə bağlı bütün məsələlər yalnız Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

Mənbə: Lenta.ru