Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılır.
Bu barədə təşkilatın internet saytında məlumat verilib.
Bildirilib ki, şurada ölkə liderlərinin Ermənistana yardım məsələsi müzakirə ediləcək.
Belarus Prezidentinin KTMT-nin Baş katibi ilə görüşü baş tutub. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. Stanislav Zas KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq gedişatı barədə Aleksandr Lukaşenkoya məlumat verib. Həmçinin Kollektiv Təhlükəsizlik Şurasının bir sıra xüsusi göstərişlərinin yerinə yetirilməsi haqqında məlumatlandırıb.
Mənbə: odkb-csto.org