Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsindən yeni görüntüləri yayılıb.
Erməni KİV-də yayılan kadrlarda bildirilib ki, Ermənistan tərəfi tikinti işlərinə hələ bu yaxınlarda, daha dəqiq desək avqustun 3-də başlayıb.
İnşaat işlərinin gələn ilin yazında yekunlaşdırılacağı qeyd olunub.
İndi erməni ictimaiyyətini bir sual düşündürür. Avqustun 25-dən sonra Ermənistanla Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası arasındakı əlaqə hansı yol vasitəsilə təmin olunacaq?