Laçın şəhərinin strateji əhəmiyyətinin əks olunduğu görüntülər yayımlanıb.
Şəhərin şimalında, Kəlbəcər rayonundan Laçın şəhərinə daxil olan dağlıq ərazidə olan Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə şəhərin ətrafında yerləşən 1 606 metr və onun sol tərəfində 1 704 metrlik yüksəkliklərin şəhəri əhatə etməsindən söz açıb.
O bildirib ki, sözügedən yüksəkliklərdə Azərbaycan ordusunun bölmələri yerləşib:
“Şəhərin cənub istiqamətində olan yüksəkliklər isə bir tərəfdən şəhərin cənub hissəsini qoruyur digər tərəfdən isə Zabux Laçın yoluna nəzarət edir”.
F.İsazadənin Laçın şəhərinin strateji əhəmiyyətindən bəhs etdiyi süjeti təqdim edirik: