• Bz. Noy 24th, 2024

Laçın sakini: “Biz doğma yerləri əvvəlkindən də gözəl edəcəyik”

ByYenigun.news

İyl 28, 2023


“Bugünkü gündən xoşbəxt gün ola bilməz. Həyatımda sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram. 34 yaşımda Laçını tərk etmişdim. Nə yarımçıq qalmışdısa, elə oradan da davam edəcəyəm”.

Bu sözləri AZƏRTAC-a Laçın rayon sakini Rəhilə Qurbanova deyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi qələbə qazandığını diqqətə çatdıran R.Qurbanova onların sayəsində doğma Laçına qayıtdıqlarını deyib:

“Mən elimdən, obamdan ayrı düşsəm də, 31 il Laçın həsrəti ilə yaşayırdım. Bir ana kimi şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Arzum budur ki, bayrağımız hər bir yerdə dalğalansın və düşmən baxdıqca xar olsun. Biz yurdumuzu yenidən qurmağa gedirik. Biz doğma yerləri əvvəlkindən daha gözəl edəcəyik”.

Qeyd edək ki, bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna – Laçına geri dönür. Bununla da Laçında 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir