• Ça. Dek 16th, 2025

Laçında hərbçilər qəzaya düşdülər: Ölənlər və yaralananlar var – ÖZƏL

Byadmin

Yan 4, 2024


Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı haqqında məlumat var.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.

Nəzrin Vahid