• Ça. Noy 26th, 2024

Lavrov Bakıya niyə gəlir? – VİDEO

ByYenigun.news

Fev 27, 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya ikigünlük səfərə gəlir. Şimal qonşumuzun Qarabağdakı layihəsi Vardanyanın uzaqlaşdırılmasından sonra baş tutacaq bu səfər özündə bir neçə məqamı ehtiva edir. 

Üstəlik, Münhen Təhlükəsizlik Konfransında Amerika Birləşmiş Ştatlarının Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsi, həmçinin Avropa İttifaqının regiona mülki missiya göndərməsi və rəsmi İrəvanın Rusiya əleyhinə fəaliyyətinin aktiv fazaya keçməsi Moskvanın maraqlarına qətiyyən sərf etmir. 

Təbii ki, Qərbin Ermənistan üzərində diqtəsinin artması fonunda Rusiyanın regionda təsirinin azalması Kremli narahat etməyə bilməz. Lakin ilk növbədə Cənubi Qafqazda təsir gücünü artıran Bakının maraqları nəzərə alınmalıdır. Lavrovun Bakıya səfəri həm də bundan xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir