“Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) əməkdaşlıq platformasının növbəti, ardıcıl olaraq ikinci iclası hazırlanır və yaxın vaxtlarda baş tutacaq”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz Cənubi Qafqazda işləri necə davam etdirəcəyimiz barədə razılığa gəldik, bilirsiniz ki, Türkiyənin təşəbbüsü ilə 3+3 formatı yaradılıb. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, amma vurğulayırıq ki, biz həmişə onları görməyə şad olarıq. Növbəti görüş hazırlanır və ümid edirəm ki, çox yaxın zamanda bu görüşün keçirilməsi barədə açıqlama verə biləcəyik”, – deyə S.Lavrov bildirib.
Mənbə: TASS