“Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin missiyasının təfərrüatı barədə konkret təkliflərini hələ də görməyib”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Qarabağ ətrafında vəziyyətin son dərəcə mürəkkəb olduğunu bəyan edib, həmçinin Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirib.
Jurnalistlərin bununla bağlı sualını cavablandıran nazir məsələyə münasibət bildirməkdə çətinlik çəkdiyini söyləyib.
“Mənim üçün bu suala cavab vermək çətindir, çünki biz Ermənistanın baş nazirinin Rusiyanın Qarabağda sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, – deyə RF XİN rəhbəri bildirib.
Mənbə: TASS