Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Bildirilir ki, tərəflər Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası prosesini müzakirə edəcək, həmçinin ikitərəfli və beynəlxalq gündəmdəki məsələlərə toxunacaqlar.
“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət, BMT, ŞƏT də daxil olmaqla beynəlxalq platformalarda iki ölkə arasında beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər məsələsi ilə bağlı vəziyyət, aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsinin davam etdirilməsi gözlənilir”, – deyə Zaxarova bildirib.
Diplomat qeyd edib ki, enerji, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin müzakirəsi planlaşdırılır.
Mənbə: Gazata.ru