“ATƏT-in Minsk qrupunun özünü ləğv etməsi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə heç bir təsir göstərməyəcək”.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Oxu.Az-a danışıb.
O, ATƏT-in Minsk qrupunu faydasız hesab etdiyini bildirib.
“Bu struktur problemlərin həllinə töhfə verməkdən daha çox, münaqişəni qızışdırırdı”, – deyə politoloq əlavə edib.
L.Kalaşnikov sülh və üçtərəfli sazişin (Rusiya, Azərbaycan və Ermənistan arasında – red.) bağlanmasında ATƏT-in rolunun olmadığını, Rusiyanın isə fəal iştirak etdiyini xatırladıb.
Nair Əliyev