Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “AzTV” əməkdaşlarına hücumu qınayıb.
O, bu barədə “Twitter” hesabında yazıb.
“Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək”, – deyə xanım diplomat qeyd edib.
Qeyd edək ki, “AzTV”nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, onlara xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət Televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, “AzTV”nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir. https://t.co/cZbcHzbFLE
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) June 29, 2023