Antisemitizmin olmaması dünyəvi və hər kəsin əqidəsinə və etnik mənşəyinə hörmətlə yanaşan dövlət modelimizin gücünü sübut edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “İ24news” televiziya kanalına müsahibəsində deyib.
Səfir Leyla Abdullayeva Azərbaycanın sülh niyyətlərindən, regionda davamlı sülhün bərpasında maraqlı olmasından, ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Münxen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən söz açıb. O, regionda sülhə nail olmağın yeganə yolu olan dialoqun bərpasının vacibliyini vurğulayıb.
Səfir söyləyib ki, 2020-ci ildə müharibə başa çatandan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına nail olmaq üçün sülh müqaviləsinin əsaslanmalı olduğu fundamental prinsipləri bu ölkəyə təqdim edib.
“Azərbaycana qarşı yalan ittihamları eşidirəm. Azərbaycan onilliklər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən ölkədir”, -deyə L. Abdullayeva ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionda yaratdığı yeni reallıqlardan söz açıb.
Diplomat müsahibədə Azərbaycan səfiri İsraildə səfirliyimizin açılması və onun ikitərəfli münasibətlərin inkişafına böyük töhfə vərəcəyini diqqətə çatdırıb. “Azərbaycanda antisemitizmin olmaması ölkə üçün qürur mənbəyidir ki, bu da “dərin dünyəvi, hər kəsin əqidə və mənşəyinə hörmətlə yanaşan dövlət modelimizin gücünü” sübut edir”,-deyə səfir Leyla Abdullayeva vurğulayıb.
« l’#Azerbaijan est déterminé d’avancer sur le chemin d’établir #paix durable dans la région. »
L’interview @i24NEWS_FR pic.twitter.com/tEfvJAsHsL
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) February 28, 2023