Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın “Le Monde” qəzetini tənqid edib.
Bu barədə diplomat “Twitter” hesabında yazıb.
“Le Monde” gözünü aç!
– Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;
– Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)”, – o, qeyd edib.
❗️@lemondefr – Ouvrez vos yeux!
– La route Shusha-Khankendi n’est pas bloquée par les protestations civiles, tous les véhicules de transport civils circulent librement;
– En tant que Nakhchivan a été coupé de l’#Azerbaïdjan (bloqué) pendant 3 décennies à cause de l’#Arménie. pic.twitter.com/N5cb1W2WxU— Leyla Abdullayeva (@LAbdullayevaMFA) December 17, 2022