Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ötən il səfirliyə hücum edən şəxs barədə Paris Məhkəməsinin qərarına münasibət bildirib.
Bu barədə səfir “Twitter” hesabında yazıb.
“Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək”, – deyə L.Abdullayeva qeyd edib.
Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olub və nəticədə səfirliyin binasına zərər yetirilib.
Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.
📢 La justice a été rendue! L’agresseur de l’Ambassade de l’Azerbaïdjan en France a été condamné à 6 mois avec sursis & à verser des dommages intérêts.
❗️Célébrons le triomphe de la justice et condamnons les actes d’agression#JusticeRendue pic.twitter.com/exk7ukdfHQ
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) June 23, 2023
21:30
23 iyun 2023-cü il tarixində Paris Məhkəməsində Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.
Bu barədə Azərbaycan Respublikasının Fransadakı Səfirliyi məlumat yayıb:
“Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini “Lexlor” hüquq şirkəti təmsil edib.
Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq edilib.
Səfirlik, radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris Məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir”.