Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb.
Bu barədə azərbaycanlı diplomat “Twitter”də yazıb.
“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq.
Başın sağ olsun qardaş Türkiyə!” – deyə diplomat qeyd edib.
Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki ???????? həmkarlar ilə birgə ??Səfirliyini ziyarət etdik, Səfir @AliOnaner ilə səmimi fikir mübadiləsi apardıq.
Başın sağ olsun kardeş #Türkiye! pic.twitter.com/EzV23uZxpn
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) February 7, 2023