“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırırıq”.
Bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva “Twitter” hesabında yazıb.
O, Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb.
❗️Attaque armée déplorable contre l’Ambassade d’#Azerbaïdjan en #Iran. Le personnel de sécurité a été tué. Nous condamnons fermement toute attaque contre des missions diplomatiques & appelons à la mise en œuvre de la Convention de Vienne par le pays hôte.https://t.co/uWyZnmtBcW
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 27, 2023
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.