• Ç. Noy 27th, 2024

Məhkəmə-Hüquq Şurasına daha iki üzv seçilib

ByYenigun.news

İyn 22, 2023


Məhkəmə-Hüquq Şurasına (MHŞ) daha iki üzv seçilib.

“Report”un əldə etdiyi məlumata görə, bunlar Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadədir.

Bununla da MHŞ üzvlərinin sayı 12-yə çatıb.

Şuraya daha bir üzv (deputat Nizami Səfərov) isə iyunun 24-də təyin ediləcək.

Xatırladaq ki, iyun ayının 21-də ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda səsvermə yolu ilə seçkilər baş tutub. Seçkilərin nəticələrinə əsasən, Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər. Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Məhkəmə-Hüquq Şurasının üzvlərinin sayı ümumilikdə 15 üzvdən ibarət olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir