• Ça. Noy 26th, 2024

Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq

ByYenigun.news

Mar 30, 2023


Macarıstan aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

Bu barədə cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin energetika nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

Baş nazirin sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Belə ki, artıq “türkiyəli tərəfdaşlarla konkret detallar üzrə” danışıqlar aparılır.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir