• Ca. Noy 28th, 2024

Macarıstan XİN başçısı: “Azərbaycan qazının tezliklə ölkəmizə çatdırılacağına ümidvarıq”

ByYenigun.news

İyn 19, 2023


“Azərbaycan qazının tezliklə ölkəmizə çatdırılacağına ümidvarıq”.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Macarıstanın təbii enerji resursları yoxdur və bu məsələdə xarici ölkələrdən asılıdır:

“Ona görə də Macarıstan Azərbaycanla təbii enerji resurslarını əldə etmək üçün ikitərəfli müqavilə imzalayıb. Ancaq bunu hələ də reallaşdıra bilmir. Çünki təbii qaz boru kəməri ilə ötürüldüyündən infrastruktura ehtiyac var. Biz Avropa İttifaqından bu məsələdə yardım istədik, ancaq Macarıstana dəstək verilmədi. Avropa İttifaqı bu məsələdə etibarını itirib. Biz ümid edirik ki, Yunanıstan, Türkiyə və digər qonşu və sərhəd ölkələrlə birləşib regional infrastrukturumuzu yaxşılaşdırmaqla tezliklə Azərbaycan qazından yararlana biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir