• Bz. Noy 24th, 2024

Maliyyə naziri manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqladı

ByYenigun.news

Noy 3, 2022

“Maliyyə Nazirliyi manatın məzənnəsinin sabit qalmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nazir Samir Şərifov bildirib.

“Bunun üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik”, – deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, dünyada karbohidrogen qiymətlərinin yüksək olması səbəbi ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulandan xeyli çoxdur. Buna görə də büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadə olunmayacaq.

“Azərbaycanda fiskal dayanıqlılığın təmin edilməsi ilk növbədə qeyri-neft baza kəsirinin ilbəil azaldılması yolu ilə təmin edilə bilər. Digər yol isə Dövlət Neft Fondunun gəlirlərinin sabitliyini qorumaqdır”, – deyə S.Şərifov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir