“Dövlət satınalmaları yenilənməlidir. 50 il bundan öncəki qaydalar effekt vermir. Pandemiya dövrünü nəzərə alsaq, peyvəndlər satınalma prosesinə yeni qlobal strategiya tətbiq edilmişdi. Kollektiv bilik və kollektiv əməkdaşlıqların şahidi olduq”.
Oxu.Az xəbər verir ki, bu fikirləri UCL-də İnnovasiya İqtisadiyyatı və İctimai Dəyər üzrə professor Mariana Mazzukato deyib.
O bildirib ki, satınalmalarda müxtəlif ölkələrin biliklərinin bölüşdürülməsi önəmlidir:
“Buna nail olmaq üçün hökumət aşağıdan yuxarıya doğru strategiyaya dəstək verməlidir. Dünyada mənzil və evlərə olan qiymətlər sahəsində tendensiya nəzərdən keçirilməlidir. Biz ev və mənzil fonduna hər bir ölkənin iqtisadi göstəricisi kimi baxırıq.
Bundan başqa görülən tədbirlər zamanı karbon qazının tullantılarının azaldılması haqqında qərarlar da nəzərə alınmalıdır. Bazardakı tələb və təkliflər də göz önündə saxlanılaraq ekspertlərin məsləhətləri dinlənilməlidir. Təbii ki bu sahədə maliyyələşdirməyə gərək var. Dəyər ətrafında qərarları, demokratik sistemləri-innovasiyalara, vətəndaşların cəlb edilməsi də gözdən keçirilməlidir”.
Könül Cəfərli