“Biz hazırda Fransanın müstəmləkə siyasətinə məruz qalırıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Martinik Azadlığı Partiyasının nümayəndəsi Luk Karol deyib.
“Fransa dövlətinin strategiyası yerli əhalini fransız əhalisi ilə əvəz etməkdir. Əvəz etmə isə soyqırımı ilə müşayiət edilir. Fransa bizi bizə uyğun olmayan mədəniyyətə uyğunlaşdırmağa çalışır”, – deyə o əlavə edib.
O bildirib ki, kənd təsərrüfatında zəhərli maddədən istifadə nəticəsində xalqının 92 faizi xərçəng xəstəliyinə tutulub
“Fransa isə iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var. Fransa demokratiyadan danışır, lakin dediklərini etmir”.