“Hər il oktyabrın 2-də dünyada Şəhərsalma Həftəsi keçirilir. Növbəti belə tədbir 2024-cü ildə Qahirədə keçiriləcək”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Şəhərsalma Həftəsi 2023” forumunda çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Maymuna Mohd Şərif deyib.
O bildirib ki, Azərbaycanda postmünaqişə dövründən sonra gedən inkişaf prosesi məni təsirləndirir:
“Xüsusilə Azərbaycana təşəkkür edirəm ki, bu gün keçirilən “İkinci Şəhərsalma Həftəsi 2023” forumuna ev sahibliyi edir. Bu istiqamətdə Dünya Məskunlaşma Günü çərçivəsində müxtəlif qətnamələr əldə edilir. Məqsəd hər bir ölkədə, şəhərdə aparılan tədbirlər insanlara müsbət təsir etməlidir.
Onu da qeyd etmək istəyirəm ki, vətəndaşların, tərəfdaşların dəstəyi olmadan biz inkişafa nail ola bilməzdik. Hədəflərə çatmaq üçün yerli və milli səviyyədə müzakirələr aparılır. BMT-nin Baş Assambleyasında biz bu çağırışı etmişdik. Regional və yerli səviyyədə əməkdaşlıq etmək lazımdır ki dayanıqlı inkişafa nail olaq. Geniş urbanizasiya və şəhərsalma üçün bu önəmli nüansdır. Qəbul olunmuş qərarların birbaşa icra edilməsi hər birimizin məsuliyyətindədir. Mövcud resursların düzgün bölünməsi və icrası önəmlidir. Bütün üzv dövlətlərin də qeyd etdiyi kimi qeyri-dayanıqlı maliyyə sisteminə baxılmalıdır. Dünyanın 600-ə yaxın şəhərində tədbirlər görülür və biz dayanıqlı urbanizasiyaya nail olmalıyıq”.
Könül Cəfərli