• Ç. Noy 27th, 2024

Medvedev Kiyevə xəbərdarlıq etdi: “Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq”

ByYenigun.news

Fev 4, 2023

“Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək”.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.

Müsahibə jurnalistin “Telegram” kanalında dərc olunub.

Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq”, – deyə Medvedev suala cavabında qeyd edib.

“Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib”, – deyə Dmitri  Medvedev əlavə edib.

O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. O bildirib ki, hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür.

“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, – deyə siyasətçi vurğulayıb.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir