• Şb. Dek 20th, 2025

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Byadmin

Fev 6, 2024


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

APA xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.