• Ç. Noy 27th, 2024

Meksikalı mütəxəssis: “Azərbaycan çox qonaqpərvər ölkədir”

ByYenigun.news

Okt 3, 2023


“Azərbaycan gələn ilin oktyabrında Meksikada keçiriləcək “Ümumdünya Məskunlaşma Günü” çərçivəsində keçiriləcək konfransa dəvət olunub”.

“Report” xəbər verir ki, bunu Meksikanın Keretaro ştatının Şəhərsalma və İctimai İşlər Nazirliyinin nümayəndəsi Fernando Quadalupe Qonsales Salinas deyib.

“Bu il “Ümumdünya Məskunlaşma Günü” münasibətilə keçirilən tədbir çərçivəsində Azərbaycan şəhərsalma sahəsi üzrə 500-ə yaxın mütəxəssisi cəlb edib. Biz onlarla ünsiyyətdə olduq və yeni məlumatlar əldə etdik. Hər kəsi bizim qonaqpərvərliyimizlə tanış olmaq və oxşar forumda iştirak etmək üçün Keretaro ştatına dəvət etmək istərdim”, – o bildirib.

Meksikalı nümayəndə qeyd edib ki, onların bu tədbirdə iştirakı şəhərsalma sahəsində əməkdaşlığın inkişafına töhfə verir:

“Azərbaycana gəldiyimiz ilk gündən ölkənizin qonaqpərvər olduğunu hiss etdik. Bizim üçün bu tədbirdə iştirak böyük əhəmiyyət kəsb edir, çünki Keretaro ştatı şəhərsalma keyfiyyətinin yüksəldilməsi üçün mühüm işlər görür. Sakinləri, xüsusən gəncləri, şəhərlərin salınmasına, onların inkişafına cəlb edirik, çünki onlar bizim gələcəyimizdir”.

Qeyd edək ki, Meksikanın Keretaro ştatının dövlət qurumlarının nümayəndələri BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən “Şəhərsalma Həftəsi 2023” forumunda iştirak etmək üçün Bakıya gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir